AP Moller-Maersk konqlomeratına daxil olan Danimarkanın neft-qaz şirkəti Maersk Oil 1250 əməkdaşın işdən çıxarılması barədə məlumat yayıb, bu, personalın 10-12 faizidir, səbəb neftin qiymətinin ucuzlaşmasıdır, Associated Press məlumat yayıb.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, Maersk Oil şirkətinin nümayəndəsinin sözlərinə görə, bu addım 2016-cı ilin sonuna qədər istismarın xərclərinin 20% azalmasına yardım edəcək.
Danimarka şirkətinin baş direktoru Ceykob Tomasen neftin dünya qiymətlərinə təzyiqin 2016-cı ildə də saxlanacağını proqnozlaşdırıb.
“Amma biz bazarın cari konyukturasında da artıma hazır olmalıyıq”, - Tomasen qeyd edir.
Danimarkanın Maersk Oil şirkəti Danimarka, Böyük Britaniya, Qətər, Qazaxıstan, ABŞ, Meksika körfəzində, Əlcəzair və Braziliyada olan yataqlarından sutkada təxminən 555 min barel neft çıxarır.