Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşün gedişatında münaqişənin dinc yolla həlli məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Həmsədrlərin regiona səfəri çərçivəsində oktyabrın 28-də Azərbaycana səfəri planlaşdırılır.