Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maksim Nemçinov: “Ukrayna enerji balansında Rusiya xammalını Azərbaycan nefti ilə əvəz edib” - MÜSAHİBƏ
“2016-cı ildən etibarən “Azeri Light” markalı Azərbaycan nefti sistematik olaraq Kremençuq NEZ-də emal üçün Ukraynaya tədarük olunur. Ukrayna idxalçıları Azərbaycandan neft alışını artırırlar. 2019-cu ildə Publik Səhmdar Cəmiyyəti “Ukrtatnafta” Azərbaycandan xam neft idxalını 920 min tona qədər artırıb. 2018-ci ildə isə idxal 670 min ton olub. Azərbaycanın Ukrayna ilə enerji əməkdaşlığının inkişafında marağı müşahidə olunur. Kremençuq NEZ-də Azərbaycan neftinin tədarükü Ukrayna enerji balansındakı Rusiya xammalını Azərbaycan karbohidrogenləri ilə əvəz etməyə imkan verib”.
Bu barədə Ukraynanın Energetika nazirinin müavini Maksim Nemçinov Media.Az-a müsahibəsində deyib.
- Bu il Azərbaycandan Ukrayna vasitəsi ilə Belarusa enerji dəhlizi istifadəyə verilib. Bu layihə uğur qazandı?
- Rəqəmləri misal gətirə bilərəm. Belarus “Yujnıy” limanı, sonra “Odessa-Brodı” neft boru kəməri və “Drujba” neft magistral boru kəmərinin iki qolundan biri istifadə etməklə Mozır Neft Emalı Zavoduna (Belarus) alternativ mənbədən neft idxalına başlayıb. 2020-ci ilin birinci yarısında bu razılaşma çərçivəsində Ukrayna tərəfi “Yujnıy” limanında ümumi həcmi 400 min tondan çox olan beş tanker neft qəbul edib. 2020-ci ilin birinci yarısında Belarus Ukrayna marşrutunun istifadəsi sayəsində 435 min ton neft alıb. Bu, indiki dövr üçün Belarusun ehtiyaclarının təxminən 8%-ni təşkil edir.
- Uzun müddətdir Ukraynada müxtəlif sahələrdə fəaliyyət göstərən SOCAR şirkəti haqqında nə düşünürsünüz? Yanacaqdoldurma məntəqələri şəbəkəsi var.
- Yenə rəqəmlərin dili ilə cavab verəcəm. Azərbaycanın Dövlət Neft Şirkətinin törəməsi olan “SOCAR Energy Ukraine” 2009-cu ildə Ukraynada fəaliyyətə başlayıb. Hazırda Ukraynanın Odessa, Nikolaev, Xerson, Xarkov, Çerkassk, Rovensk, Poltava, Xmelnitsk, Lvov bölgələrində SOCAR brendi altında 60 yanacaqdoldurma məntəqələri şəbəkəsi və dörd neft anbarı mövcuddur. Bu da, çox şey deməkdir.
- Yeri gəlmişkən, Odessada SOCAR-ın bəzi problemləri yaranıb, saytımızda bu barədə məlumatlar var idi...
- Odessa Liman Zavodunun özəlləşdirilməsi ilə bağlı məsələlər Energetika Nazirliyinin səlahiyyətinə aid deyil, bu Ukrayna Dövlət Əmlak Fondunun məsuliyyət sahəsidir.
"SOCAR" teqi üzrə xəbərlər
- Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
- "SOCAR Türkiyə"nin gələn il üçün hədəfləri müzakirə edilib
- SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
- Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu