İlk olaraq Trans Xəzər nəqliyyat marşrutunun yüksək potensialını qeyd etmək istərdim. Bu gün əlamətdar hadisə baş verib, Qazaxıstandan keçərək Azərbaycana ilk konteyner qatarı yola düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda “Kazakstan Temir Jolu” SC-nin prezidenti Əskər Mamin bildirib.
“Biz hesab edirik ki, bu, böyük layihənin ilk qaranquşudur. 2020-ci il üçün potensial 300 min konteyner - bu, çox yüksək dinamikadır. Bu bizim ölkələrə bizim tranzit imkanlarımızı tam olaraq realizə etmə imkanı verəcək” - o deyib.
Onun sözlərinə görə, həm Qazaxıstan, həm də Azərbaycan dinamik inkişaf edən böyük nəqliyyat aktivlərinə, nəqliyyat infrastrukturuna sahibdirlər.
“Biz əminik ki, bütün bunlar bizim iqtisadiyyatımızın inkişafı və rəqabətqabiliyyətliliyinin artmasına xidmət edəcək. Bizim ilkin dəyərləndirmələrimizə görə, 2020-ci ildə artıq Azərbaycan dəmir yolları 600-700 milyon dollar məbləğində yalnız tranzit daşımalardan tranzit gəlir əldə edə biləcək. Bu, yetərincə yaxşı dinamikadır və biz əminik ki, bu göstəriciyə nail ola biləcəyik”, - Mamin qeyd edib.
E.Ə.
www.oxu.az