2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olub.
Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36% ucuzlaşıb:
“Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.
Həyata keçirilən makroiqtisadi siyasət nəticəsində manatın dollara nisbətdə məzənnəsi dörd faiz möhkəmlənib”.
E.Rüstəmov deyib ki, 2017-ci ildə manatla pul bazası 8,7 faiz artıb.
Leyla Əliyeva
www.oxu.az