Manatın məzənnəsinin aşağı düşməsilə başlanan aşkar qiymət artımı ilə yanaşı Bakının mağazalarında gizli qiymət artımı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bir sıra böyük marketlər alıcıları aldadırlar. Belə ki, mağazalar vitrində bir qiymət yazaraq alıcını qiymətin artmadığı inandıraraq kassada hesablamada başqa qiymət vururlar.
Marketlərdən birində uşaq üçün peçenyeni vitrində 3 manat 90 qəpik kimi təqdim edərək kassada bunu 4 manat 20 qəpikdən hesablayırlar.
“1 manat 44 qəpiyə olan üz qırxmaq üçün sabun isə kassada 1 man 90 qəpikdən kompüterə vurulur. Vitrində 70 qəpiyə təklif olunan yuyucu toz 75 qəpikdən hesablanır”, - deyə, sayt yazır.