2015-ci ilin oktaybrın 1-dən Avropa Komissiyası Avropa üçün strateji önəmə malik olan “Cənub Qaz Dəhlizi” və Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihələri ilə bağlı Türkiyədə müzakirələr aparacaq.
Oxu.Az Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç deyib.
M.Şefçoviç bildirib ki, Avropa TANAP layihəsinin reallaşdırılmasında aktiv rol almağa hazırdır.
Qeyd edək ki, oktaybrın 1-də nəzərdə tutulan müzakirələrdə Türkiyənin enerji və təbii sərvətlər naziri Ali Rıza Alaboyunun iştirakı da nəzərdə tutulub.
Ülviyyə R. Əli
www.oxu.az