Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bank tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Oxu.Az-a bildirilib.
Məlumata görə, hərracda iştirak edən 29 bank tərəfindən məcmu tələb 98,217 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% nisbətində təmin olunub.
Ülviyyə R. Əli
www.oxu.az