Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “Əl-Qaidə” Sanksiya Komitəsinin noyabrın 2-də qəbul edilmiş qərarlarına uyğun olaraq noyabrın 4-də ümumi siyahını yeniləyib.
Xidmətdən Oxu.Az-a verilən məlumata görə, bir nəfərin adı siyahıya əlavə olunub. Həmin şəxsin adı Torek Aghadır.
Qeyd edək ki, ümumi siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.
Ülviyyə R. Əli
www.oxu.az