Bu gün Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankı tərəfindən hər biri 50 milyon ABŞ dolları olmaqla, ümumilikdə 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarıb.
Oxu.Az-a Fonddan verilən məlumata görə, hərraca çıxarılan 50 milyon ABŞ dolları 24 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
12:04
Bu gun Mərkəzi Bankın növbəti valyuta hərracı keçiriləcək.
Oxu.Az xəbər verir ki, hərraca Azərbaycan Dövlət Neft Fondu tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacağı gözlənilir.
Son hərracda təlabat yüksək olduğundan satışa çıxarılan məbləğ 4 dəfə artırılıb. Mərkəzi Bank, əsasən, valyuta hərracına 50 mln. ABŞ dolları çıxarsa da, son hərracda bu rəqəm 200 mln. dollara yüksəldilib.
Çıxarılan məbləğin normal hərraclarla müqayisədə 2 dəfə artırılması Azərbaycan Mərkəzi Bankının (AMB) dolların məzənnəsinin aşağı salmaq istəməsi ilə əsaslandırılır.