Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) iyunun 9-da Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd (100 mln. manatlıq) qısamüddətli notlarının buraxılışını 50100157S nömrəsi ilə dövlət qeydiyyatına alıb.
Oxu.Az MBNP-a istinadən xəbər verir ki, qurum tərəfindən həmçinin mayın 26-da AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 5 000 000 ədəd (500 mln. manatlıq) qısamüddətli notlarının buraxılışı 57S nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Qiymətli kağızların tədavül müddəti 28 gündür.
Qeyd edək ki, notların buraxılışı dövriyyədə olan pul kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir.
L.Ə.