Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot dərəcəsini azalda biləcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-nin pul siyasəti qərarı ilə bağlı açıqlamasında bildirilib.
Qeyd edilib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. İnflyasiyanın xarici mühitində qeyri-müəyyənliklərin azalması növbəti iclasda uçot dərəcəsinin azaldılması üçün zəmin yarada bilər.
Qeyd edək ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar bu il iyul ayının 23-də veriləcək.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
- Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verib
- Natali Muravidze: "AZIR indeksinin yenilənməsi ölkənin maliyyə bazarları üçün dönüş nöqtəsidir"
- Azərbaycanda nağd ödəniş azalır, kartlar çoxalır
- Adınıza kredit götürürlər, bank necə məsuliyyət daşımır?
Ən çox oxunanlar