Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7.25% saxlanılması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% saxlanılıb.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Manatın nominal effektiv məzənnəsi ucuzlaşıb
- Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını verəcək
- Azərbaycan Mərkəzi Bankı kredit təşkilatını və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ
- Dünya Bankı yaxın beş ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
- "Moody's": Azərbaycanda bu il kreditləşmə artacaq