Azərbaycanın Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları keçən ay ərzində də artmağa davam edib.
Oxu.Az xəbər verir ki, AMB-nin iyul ayının 1-nə olan məlumatına görə, valyuta ehtiyatlarının həcmi 15,163 milyard ABŞ dolları olub, bu isə 2014-cü ilin sonuna planlaşdırılmış məbləğin 94,76%-ni təşkil edib.
İyun ayı ərzində valyuta ehtiyatlarının artımı 0,48% (0,07 mlrd. ABŞ dollar), 2014-cü ilin başlanğıcından altı ay ərzində isə ehtiyatların artımı 7,16% (1,013 mlrd. ABŞ dollar) olub.
2014-cü ilin nəticələrinə görə, valyuta ehtiyatlarını 16 milyard dollara çatdırmaq planlaşdırılıb.
Gülnarə Zeynalova
www.oxu.az