Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat açıqlanıb.
Oxu.Az AMB-yə istinadən xəbər verir ki, 10 aprel saat 11:00-11:15-də “Bloomberg” ticarət platformasında keçirləcək hərracda 200 mln. manat cəlb olunması nəzərdə tutulub.
Faiz dərəcəsi 12,01-14,99 arasında olan bu hərracın müddəti 14 gündür.
Xatırladaq ki, aprelin ilk depozit hərracında 100 mln. manat cəlb olunması nəzərdə tutulsa da, tələb təklifi 50% üstələmişdi.
U.A.
www.oxu.az