Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, AMB-nin İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7,75%-ə, faiz dəhlizinin aşağı həddi 6,5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8,75%-ə endirilib.
Bu qərar fevralın 1-dən qüvvəyə minir. Faiz dəhlizinin parametrləri barədə növbəti qərar martın 28-də açıqlanacaq.