Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
Oxu.Az AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,3 dəfə çox - 665,2 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 12,01% təşkil edib.
Qeyd edək ki, depozit hərracı dövlət istiqrazlarını ala bilməyən banklara əlavə investisiya aləti kimi likvid manat vəsaitlərini yerləşdirmək imkanı verir.
Beləliklə, banklar öz likvid vəsaitlərini hərraca çıxarır və Mərkəzi Bank ona sərf edən faizlə (yəni təqdim edilən faizlər içərisindən) həmin vəsaiti cəlb edir. Əgər MB-nin vəsaitə ehtiyacı çoxdursa, hətta banklar hərracda öz likvid vəsaitlərini daha yüksək faizlə təqdim edə bilər.
L.Ə.