Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən xəbərə görə, hərracda tələb 530,3 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.
L.Ə.