Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
Oxu.Az AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manat cəlb edilib. Amma tələb bundan 6,25 dəfə çox - 624,8 mln. manat olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.
L.Ə.