2018-ci il dövlət büdcəsinin gəlirlərinin təsnifatının yarımmaddə səviyyəsində layihəsində xarici valyutalar üzrə məzənnə mənfəəti (2016-cı ildə 129,752 mln. manat) və Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəətindən ayırmalar nəzərdə tutulmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
Qeyd edək ki, 2017-ci ildə AMB-nin mənfəətindən dövlət büdcəsinə 250 mln. manatın ayrılması nəzərdə tutulub.
L.Ə.