2014-cü ilin aprelin 1-nə rəsmi valyuta ehtiyatları 14 715,7 mln. ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankından (AMB) verilib.
Məlumata görə, bu göstərici ötən ilin aprelin 1-nə nisbətən 2 383,1 mln. ABŞ dolları və ya 19,3% çoxdur.
Bu ilin əvvəlindən artım 563,7 mln. dollar və ya 4% olub.
Gülnarə Zeynalova
www.oxu.az