Bu ilin martın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 4 milyard 26,3 milyon dollar təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) Oxu.Az-a bildirilib.
Məlumata görə bu, yanvar ayının yekunu ilə müqayisədə 372,2 milyon dollar və yaxud 8,5% azdır.
Qeyd edək ki, ötən ilin fevral ayının yekunları ilə müqayisədə valyuta ehtiyatları 6 milyard 978,1 milyon dollar və ya 63,41% azalıb.
Xatırladaq ki, 2015-ci ilin martın 1-nə AMB-nin valyuta ehtiyatlarının həcmi nə az, nə çox düz 11 milyard dollar olub.
Ülviyyə R. Əli
www.oxu.az