Bakının mərkəzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Mustafa Kamal Atatürk prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsindən Ziya Bünaydov prospektinə qədər olan hissəsində asfalt örtüyünün yenilənməsilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Aşıq Molla Cümə küçəsi və Azadlıq prospektindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.
E.Ə.
www.oxu.az