Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzində “Made in Azerbaijan” markası altında istehsal olunan ixrac məhsulları sərgisi ilə tanış olub.
Dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər barədə sərəncamına əsasən, xarici bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi ilə sistemli şəkildə məşğul olan, sərgidə uğurla təmsil olunan müəssisələrdən biri də “Mətanət A” şirkətidir.
Dövlətin sahibkarlığa verdiyi dəstək nəticəsində yarandığı gündən bütün fəaliyyəti ilə milli iqtisadiyyatımıza, sənayenin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyan “Mətanət A” şirkəti 17 illik uğurlu biznes fəaliyyəti müddətində daim nou-hau (know how), innovativ SMART texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkmişdir.
Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.
Şirkət Azərbaycanda quru inşaat qarışıqlarının ilk istehsalçısıdır. “Made in Azerbaijan” markası altında sərgidə nümayiş etdirilən AĞDAĞ, FASNATURAL, ROKOL, İzoLatexe, PARAKONTAKT, FasMatik, FasMazaik, Qraniyap, həmçinin şirkətin adı ilə adlanan “Mətanət A” keramika yapışdırıcısı bu gün həm yerli bazarlarda, həmçinin dünya miqyasında uğurla təmsil olunur.
İstehsal etdiyi məhsulun keyfiyyətinin mükəmməlliyini prioritet hesab edən şirkət istehsalda əldə etdiyi nailiyyətlə kifayətlənmir, daima elmi-texniki tərəqqinin son nailiyyətlərini aktiv surətdə təqib edir və istehsal prosesinə tətbiq edir.
“Mətanət A” şirkətinin inşaat sektoruna verdiyi ən böyük töhfə də məhz heç bir zaman keyfiyyətdə kompromisə getməməsi, istehlakçını daim ən yüksək keyfiyyətli, ekoloji sağlam inşaat materialları ilə təmin etməyə çalışması və buna nail olmasıdır.
Qeyd etmək zəruridir ki, “Mətanət A” şirkətinin ixtira etdiyi, inşaatda inqilab hesab edilən ağlay əsaslı məhsul olan FASNATURAL respublikamız daxil olmaqla dünyanın 150-dən artıq ölkəsində patentləşdirilmişdir.
Hazırda “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullara olan tələbat Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkmənistan, İran və digər ölkələrdə gündən-günə artmaqdadır.
Şirkət həmçinin “Made in Azerbaijan” markası altında Yaxın Şərq, Orta Asiya və Ərəb ölkələrinə məhsul ixracı ilə məşğul olan iş adamları və layihə rəhbərləri üçün çox sərfəli şərtlərlə əməkdaşlıq imkanları yaratmışdır. Əməkdaşlıq imkanları ilə daha yaxından tanış olmaq üçün *3030 Çağrı Mərkəzi vasitəsilə əlaqə saxlayıb İxracat Departamenti ilə ətraflı müzakirə edilə bilər.
Bu gün “Mətanət A” şirkəti 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.
Daha ətraflı: *3030 Çağrı Mərkəzi
www.facebook.com/MatanatA.company
www.youtube.com/MatanatAcompany
U.A.
www.oxu.az