“Ötən ildə Azərbaycanın regionlarında əsas kapitala investisiyalar 2022-ci illə müqayisədə 25% artıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında yazıb.
O bildirib ki, regionlarda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 10,1 milyard manat təşkil edib.
2023-cü il ərzində regionlarda #əsaskapital-a #investisiya-lar əvvəlki illə müqayisədə 25% artaraq 10,1 mlrd. ₼ olmuşdur.#EconomyAz pic.twitter.com/mOku1yjA2E
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 6, 2024