“İqlim siyasəti üzrə yeni çağırışlar hazırda ən çox diqqət yetirilən qlobal məsələlərdəndir”.
Oxu.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial şəbəkə hesabında yazıb.
“Asiya İnfrastruktur İnvestisiya Bankının (Asian Infrastructure Investment Bank) Müdirlər Şurasının 6-cı İllik Toplantısında 2030-cu ilədək müəyyən edilmiş hədəflər üzrə Azərbaycanda “yaşıl” və “ağıllı” konsepsiyalarının tətbiqi istiqamətində Bankla tərəfdaşlıq perspektivlərini nəzərdən keçirdik”, - deyə, nazir qeyd edib.