İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə Azərbaycan - AİB əməkdaşlığının gücləndirilməsi və əldə edilən nəticələr məmnunluqla vurğulanıb.
"AİB-in 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində növbəti addımlar, özəl sektorun inkişafına dəstək, bərpaolunan enerji və dövlət müəssisələrinin özəlləşdirilməsi üzrə birgə fəaliyyət imkanları barədə müzakirələrimiz oldu.
İqtisadiyyatın şaxələndirilməsi və inklüzivliyinin təmin edilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etdik", - deyə nazir qeyd edib.
Asiya İnkişaf Bankının (AİB) (@ADB_HQ) bazar həlləri üzrə vitse-prezidenti Barqav Dasqupta ilə görüşümüzdə #Azərbaycan - AİB əməkdaşlığının gücləndirilməsini və əldə edilən nəticələri məmnunluqla vurğuladıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 29, 2025
AİB-in 2025-2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq… pic.twitter.com/2wIM2q3Ju0