Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri ilə görüşüb
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həssən Əl Suveydi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"BƏƏ-nin investisiya naziri, Əbu-Dabi İnkişaf Holdinq Şirkətinin idarəedici və baş icraçı direktoru Məhəmməd Həssən Əl Suveydi ilə faydalı fikir mübadiləsi apardıq. Ölkələrimiz arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı investisiyaların artırılması imkanlarını nəzərdən keçirdik. Biznes subyektləri arasında tərəfdaşlığın vacibliyini vurğuladıq".
We held productive discussions with Mohamed Hassan Al Suwaidi, UAE Minister of Investment, Managing Director and CEO of Abu Dhabi Development Holding Company. In our meeting, we explored ways to deepen #economic integration, forge new partnership frameworks, and enhance mutual… pic.twitter.com/H9QdD0LI7n
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 3, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Əbdülhəmid Əlxəlifə ilə görüşüb
- Mikayil Cabbarov: "İİB Qrupu ilə əməkdaşlığın genişləndirilməsi xüsusi önəm kəsb edir"
- Mikayıl Cabbarov "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb
- İqtisadiyyat naziri AYİB-nin illik toplantısı çərçivəsində sessiyalarda iştirak edib
- Mikayıl Cabbarov AYİB-in Müdirlər Şurasının açılış sessiyasında iştirak edib