Azərbaycanda 2021-ci ilin səkkiz ayında qeyri-neft sektoru üzrə ixracın həcmi 1,58 milyard ABŞ dollarından çox olub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 % artım deməkdir.
Onun sözlərinə görə, 2021-ci ilin sonunadək qeyri-neft ixracının 2 milyard ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır.
#Nonoil #export is growing. The volume of non-oil export in the first eight months of 2021 was over 1.58 billion US dollars.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2021
It grew by 37.1% compared to the same period last year. It is predicted that non-oil export will exceed 2 billion US dollars by the end of 2021.#Economy #EconomyAz pic.twitter.com/i8JgDAckaT
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 6, 2021