“2023-cü ilin yanvar-sentyabr ayları ərzində 373 647 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bunun 58 314-ü ilkin, 315 333-ü isə təkrar qeydiyyatın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 43,8% artım müşahidə olunub.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində 373.647 #daşınmazəmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bunun 58.314-ü ilkin, 315.333-ü isə təkrar qeydiyyatın payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə 43,8% artım müşahidə olunub.@emlakxidmeti… pic.twitter.com/A0iOhqNGUj
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 6, 2023