Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: "KOB subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi artır"
"Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sosial-iqtisadi inkişafda çəkisi və rolu intensiv olaraq artır"
Oxu.Az xəbər verir ki, bunu Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"KOB-lar ümumi daxili məhsulun (ÜDM) artmasına, iş yerlərinin yaradılmasına, məşğulluğa, azad olunmuş ərazilərin iqtisadi reintegrasiyasına mühüm töhfələr verir. Yeni dönəmdə isə zəruri trendə çevrilən yaşıl iqtisadiyyatın inkişafında da onlar öz sözünü deməlidir", - deyə o qeyd edib.
"Hazırda ölkəmizdə bizneslərin 99%-dən çox hissəsini KOB subyektləri təşkil edir. Bu baxımdan, yaşıl artımın və yaşıl iqtisadiyyata keçidin təmin edilməsi böyük ölçüdə KOB-ların yaşıl transformasiyasından keçir. İstilik effekti yaradan qazların emissiyasında daha çox pay sahibi olan tikinti, daşıma, sənaye, energetika, kənd təsərrüfatı kimi sektorlarda kifayət qədər KOB fəaliyyət göstərir. KOB-lar enerji və xammal baxımından səmərəli texnologiya və təcrübələrin tətbiqinə önəm verməsi rəqabət qabiliyyətini daha da artırır", - deyə nazir əlavə edib.
"Dünya təcrübəsi də göstərir ki, KOB-lar çox vaxt təmiz texnologiyalar və biznes modellərində daha qabaqcıl olur. KOB-ların çevikliyi onlara yeni tendensiyalara tez uyğunlaşmağa və innovasiyaları mənimsəməyə imkan verir. KOB-lar bazardakı dəyişikliklərə və istehlakçı seçimlərinə çevik reaksiya verə bilir ki, bu da sürətlə trendə çevrilən yaşıl iqtisadiyyatda vacib amildir. Ənənəvi sənaye sahələrindən asılılığın azaldılmasında, yaşıl həllərin hazırlanmasında, iqtisadi diversifikasiyanın güclənməsində kiçik və orta sahibkarlığın xüsusi yeri var", - deyə M.Cabbarov vurğulayıb.
Məhərrəm Əliyev
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"
- 2024-cü ilin ən fəal sahibkarlarına mükafatlar təqdim edilib
- Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri AÇIQLANDI
- KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb