İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Yesaulenko ilə görüşüb.
O bu barədə “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, səfirlə ölkələrimiz arasında mövcud əlaqələr, iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirələr aparılıb.
Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə ölkələrimiz arasında mövcud əlaqələr, #iqtisadi münasibətlərin inkişaf istiqamətləri, #investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə… pic.twitter.com/91XQjke8R2
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 7, 2023