Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikayıl Cabbarov: "Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib"
"Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
"Bizi bu bazarda gözləyirlər, biz tənzimləmə mühitinə yanaşmalar baxımından eyni dildə danışırıq. Özbəkistan bizim inamla Azərbaycan biznesini təşviq etdiyimiz azsaylı ölkələrdən biridir. Bildiyiniz kimi, iki ölkə arasında 500 milyon ABŞ dolları kapitalı olan birgə fond yaradılıb. Hazırda Azərbaycan və Özbəkistanda olmaq şərti ilə 10 potensial layihə nəzərdə keçirilir",- deyə o qeyd edib.
M. Cabbarov bir sıra sferalarda bu il ərzində üzərində işlədikləri layihələrin reallaşdırılmasını gördüklərini diqqətə çatdırıb:
"Bura tekstil istehsalı daxildir. Qarşı tərəflə tezliklə işğaldan azad edilmiş ərazilərdə ilkin mərhələdə 400-dən çox iş yeri təmin edəcək iri müəssisənin işə salınmasını planlaşdırırıq. Avtomobil istehsalı sahəsini ayrıca qeyd etmək istərdim".
#Özbəkistan-ın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla birlikdə II #Azərbaycan – #Özbəkistan Regionlararası Forumunda iştirak etdik. Regional əlaqələrin inkişafı, #biznes və #investisiya tərəfdaşlığının gücləndirilməsi ətrafında müzakirələr apardıq.@MIIT_Uz… pic.twitter.com/4YbYfB37au
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 21, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Mikayıl Cabbarov Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
- Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"
- Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun ikinci iclası keçirilib