Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikayıl Cabbarov Özbəkistanın baş nazirinin müavini ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə bildirilib ki, dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələr arasındakı strateji tərəfdaşlıq əlaqələrinin təməlini təşkil edir. Özbəkistan - Azərbaycan əlaqələri çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistanla, enerji, kənd təsərrüfatı, turizm, kiçik və orta sahibkarlıq, səhiyyə və yükdaşımalar kimi sektorlarda geniş əməkdaşlıq gündəliyi üzrə işlər görülür. Sənayenin bir sıra istiqamətləri, eləcə də nəqliyyat-logistika üzrə işbirliyinin möhkəmləndirilməsi üçün münbit şərait var.
Görüşdə Azərbaycan və Özbəkistanda yüksək texnologiyalı məhsul istehsalının təşviqi, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi kimi məqsədlərə yönəlmiş Azərbaycan - Özbəkistan İnvestisiya şirkətinin fəaliyyəti vurğulanıb. Bildirilib ki, birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək.
Tərəflər 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndiriblər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.
Oxu.Az bildirir ki, bununla bağlı nazir özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevi ölkəmizdə yenidən görmək xoş oldu. Dost ölkə ilə 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndirdik. Birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək", - deyə M.Cabbarov paylaşımında qeyd edib.
Özbəkistanın Baş nazirinin müavini cənab Cəmşid Xocayevi ölkəmizdə yenidən görmək xoş oldu.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 24, 2024
Dost ölkə ilə 2024-2025-ci illər üçün #ticarət-#iqtisadi və #investisiya əməkdaşlığının genişləndirilməsinə dair #YolXəritəsi çərçivəsində #sənaye, #energetika, logistika, kənd təsərrüfatı… pic.twitter.com/5kH2TlaHvH
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
- Mikayıl Cabbarov Müdafiə Sənayesi Nazirliyi işçilərini təbrik edib
- Mikayıl Cabbarovdan FHN işçilərinin peşə bayramı münasibətilə təbrik
- Mikayıl Cabbarov Heydər Əliyevin anım günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb