Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mikayıl Cabbarov Peter Siyarto ilə iki ölkə arasında iqtisadi əlaqələri müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə hər iki ölkə rəhbərliyinin əlaqələrin inkişafına, mövcud potensialdan səmərəli istifadəyə verdiyi xüsusi önəm sayəsində iqtisadi münasibətlərin davamlı inkişaf etdiyi vurğulanıb. Ötən ilin yanvar ayında strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənədin, eyni zamanda investisiya təşviqi, iqtisadi əməkdaşlıq, ikiqat vergitutmanın qarşısının alınması və s. sahələrdə imzalanmış 50-dən çox sənədin bütün istiqamətlər üzrə işbirliyinin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığı qeyd edilib.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Macarıstanın "Hell Energy" şirkəti arasında əməkdaşlıq müqaviləsindən irəli gələn məsələlər və cari vəziyyət müzakirə edilib.
Tərəflər qarşılıqlı iqtisadi münasibətləri gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığının təşviqi barədə fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində Macarıstanın MVM şirkətinin "Şahdəniz" layihəsində pay alışı ilə bağlı sənəd imzalanıb. Sənədin ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcəyi diqqətə çatdırılıb.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında yazıb.
"Macarıstanın MVM şirkətinin Şahdəniz layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək", - deyə nazir əlavə edib.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə #Azərbaycan - #Macarıstan #iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, #enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və #investisiya tərəfdaşlığımızın… pic.twitter.com/vETlTXnJ2U
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 5, 2024