Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda idarəetmədən çıxan avtomobil işıqforu yararsız hala saldı
Paytaxtın Nəsimi rayonunda idarəetmədən çıxan avtomobil işıqforu yararsız hala salıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində baş verib.
Qeyd edilib ki, mərkəz tərəfindən qısa müddət ərzində piyada işıqforunun bərpası təmin ediləcək.
Həmin görüntüləri təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar