“Bu ilin yanvar-sentyabr ayları ərzində ÜDM-in (ümumdaxili məhsulun) müxtəlif sahələrində əlavə dəyər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb”.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
“Bu göstərici turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 26%, informasiya və rabitə sahəsində 14,7%, tikintidə 12,5%, emal sənayesində isə 9,4% təşkil edib”, - nazir paylaşımda bildirib.
2023-cü ilin yanvar-sentyabr ayları ərzində #ÜDM-in müxtəlif sahələrində əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu göstərici turistlərin yerləşdirilməsi və ictimai iaşədə 26%, informasiya və rabitədə 14,7%, tikintidə 12,5%, emal sənayesində isə 9,4% təşkil… pic.twitter.com/f3GtaGD0af
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2023