İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi Zou Jiayi ilə videokonfrans formatında görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında məlumat verib:
"Görüşümüzdə AİİB-in ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr apardıq".
Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) (@AIIB_Official) prezidentliyə namizədi xanım Zou Jiayi ilə videokonfrans formatında görüşümüzdə AİİB-nin ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda #iqtisadi artımın dəstəklənməsi və infrastrukturun… pic.twitter.com/IJ7FIiCHER
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 7, 2025