Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Millət vəkili: Məhkəmələr sahibkarları müdafiə etmir
Vergilərin ödənilməsi mühasibat uçotunun düzgün aparılmasından asılıdır. Bu gün Azərbaycanda mühasibat uçotu düzgün qurulmayıb.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, “Mühasibat uçotu” haqqında qanuna dəyişiklik olsa da, Azərbaycanda mühasibat uçotu normal səviyyədə aparılmır.
“Mühasibat uçotunun düzgün qurulması vergi yığımına təsir edən amillərdəndir. ƏDV-nin differensiallaşdırılması ilə bağlı ciddi addımlar atılmayıb. Buna böyük ehtiyac var. İstərdim ki, ƏDV-nin differensiallaşdırılması ilə əlaqədar məsələyə baxılsın və təkliflər verilsin. Yeni Vergi Məcəlləsinin yaradılmasına ehtiyac var. Çünki Vergilər Məcəlləsində lüzumsuz və bir-birini təkzib edən maddələr var”.
Sahibkarlığın inkişafı üçün bir neçə amili vurğulayan V.Əhmədov rəqabət mühitinin yaradılmasını xüsusi vurğulayıb:
“Azərbaycanda inhisarçılığın tamamilə aradan qaldırıldığını və sahibkarın istənilən işlə məşğul olduğunu deyə bilmərik. İqtisadiyyat Nazirliyindən Rəqabət Məccəlləsini təqdim etməsini istərdik. Bu Məcəllənin qəbul edilməsi sahibkarların müəyyən qədər rahat fəaliyyət göstərməsi üçün imkan yaradacaq.
Sahibkarlara mane olan ikinci məsələ məhkəmə sistemidir. Azərbaycanın məhkəmə sistemi sahibkarları müdafiə etmir. Sahibkarların məhkəmə sisteminə müraciətinin 90 faizi onların əleyhinə cavabla nəticələnir. Məhkəmə sisteminin yenidən qurulması və şəffaflığın təmin edilməsi sahibkarlığın inkişafına kömək edəcək”.
İlhamə Abdullayeva
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ
- SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
- Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
- Bakıda dövlət müəssisəsinin binası hərraca çıxarılır
- Azərbaycan və Gürcüstan birgə layihələrin perspektivlərini müzakirə ediblər