Milli Depozit Mərkəzi (MDM) tərəfindən göstərilən xidmətlərə görə yeni tariflər nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, MDM bu barədə məlumatı öz saytında yerləşdirib.
Yeni tariflər bu ilin yanvar ayından etibarən qüvvədədir.
Məlumatda qeyd olunub ki, bu tarixədək MDM tərəfindən təqdim olunan sərəncamçı xidməti üzrə xidmət haqları müqavilə əsasında müəyyən edilir və ümumi tarif cədvəlinə daxil edilmir.
Yeni tariflərə görə hesab açılması üçün hüquqi şəxslər 8 manat, fiziki şəxslər isə 4 manat ödəyəcəklər.
Birja əqdlərinin qeydiyyatı üçün tarif (hər bir əqd üzrə) əqdin ümumi məbləğindən asılı olaraq 3 manatdan 3000 manatadək olacaq. Bu tarif həm hüquqi, həm də fiziki şəxslər üçün eyni olacaq.
Daha ətraflı MDM-nin yeni tariflərilə www.mdm.az/tariffs saytında tanış olmaq olar.
Gülnarə Zeynalova
www.oxu.az