Sizə türkiyəli müğənni Tuğba Ekincinin paytaxtımıza gələcəyi barədə xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, populyar müğənni dünən gecə saatlarında hava limanına enib. Məşhuru rejissor Zöhrab Ağayev qarşılayıb.
Bu haqda türk müğənni İnstagram səhifəsində məlumat verib:
“Hazırda Bakıdayam”.
Qeyd edək ki, rejissor Zöhrab Ağayev Tuğba Ekinci üçün klip çəkəcək.
Aytən Sadıqzadə
www.oxu.az