Xaçmazda üzərinə qaynar su dağılan 2 yaşlı uşaq öldü.
Oxu.Az Regional TV-yə istinadən xəbər verir ki, ötən gecə Xaçmazda bədbəxt hadisə baş verib. Rayonun Uzunoba kəndində 2012-ci il təvəllüdlü Abdullayev Etibar Rəhman oğlunun üzərinə qaynar su dağılıb.
O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. 2 yaşlı xəstəyə başın, gövdənin, aşağı və yuxarı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub.
Körpənin vəziyyəti ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Lakin o, yolda dünyasını dəyişib. Hazırda fakt araşdırılır.