Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mindən çox KOB subyektinə müxtəlif xidmətlər göstərilib
2024-cü ilin birinci yarısında 75 təlim keçirilib, 2293 saat məsləhət xidməti göstərilib, 152 biznes plan hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes sahəsində bilik və bacarıqlara yiyələnməsi, mövcud biliklərinin artırılması üçün 800-ə yaxın iştirakçı üçün 75 təlim keçirilib. Təlimlər biznesə başlamaq, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, "yaşıl iqtisadiyyat" və digər mövzuları əhatə edib.
Bu dövrdə 32 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün "Almaniya ilə biznes əməkdaşlığı" Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
Agentliyin video-təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 48 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.
Satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 208 sahibkara və biznesə başlamaq istəyən şəxsə 2293 saat məsləhət xidməti göstərilib.
KOBİA tərəfindən bu ilin birinci yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 152 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib.
Ümumilikdə, 2024-cü ilin I yarısında agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 1000-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Mart ayından etibarən hər həftə sonu "KOB bazar" adlı satış yarmarkası keçiriləcək
- "Biznes akademiyası" layihəsinə start verilir
- "Qarabağ KOB-ları layihəsi"nin 2024-cü ildə icrasına dair tədbir keçirilib
- Daha altı KOB subyektinə "Startap" şəhadətnaməsi verildi
- Azərbaycanda ilk KOB klaster şirkəti yaradılıb