2014-cü ilin birinci yarısında Azərbaycana 34 359 ədəd avtomobil idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 531 ədəd və ya 28,3% azdır.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində 167 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 30 917 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3039 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 236 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Gülnarə Zeynalova
www.oxu.az