Azərbaycanda problemli kreditlərin həcmi 1,15 milyard ABŞ dollarını keçib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, son bir ayda problemli kreditlərin həcmi daha 10 milyon manat artaraq iyunun 1-ə 905 milyon manat təşkil edib.
İlin əvvəlindən etibarən belə kreditlər 112 milyon manat, son bir ildə isə 137 milyon manat artıb. Bank sektorunda problemli kreditlərin payı 5,5% təşkil edir.