Moody 's Investors Service reytinq agentliyi MHBS-ə (Maliyyə hesabatının beynəlxalq standartları) uyğun hazırlanmış 2013-cü il üçün maliyyə hesabatı əsasında Azərbaycan Beynəlxalq Bankının reytinqini sabitdən müsbətə dəyişib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, reytinqin sabitdən müsbətə dəyişdirilməsi Azərbaycan Beynəlxalq Bankına gələcəkdə poqressiv inkişaf üçün stimul yaradacaq.
Moody 's bankın maliyyə göstəricilərinin 12-18 ay da davamlı olacağını gözləyir.