Morgan Stanley dolların dəyərinin artmasının Brent markalı neftin qiymətinin 20-25 dollaradək ucuzlaşmasına səbəb olacağı qənaətindədir. Morgan Stanley-in proqnozlarına görə, dolların məzənnəsinin 5% artması neftin qiymətinin 10-25% azalmasına gətirib çıxara bilər.
Oxu.Az PRAYM-a istinadən xəbər verir ki, bu barədə bankın analitiki Adam Lonqsonun hesabatında bildirilir.
“Dollar və qeyri-fundamental amillərin neftin qiymətlərinə təsiri davam edir. Əgər digər valyutalar da ucuzlaşarsa, bu dolların daha da möhkəmlənməsinə və neftin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər”, - analitikin hesabatında deyilir.
Lonqson hesab edir ki, yuanın devalvasiyasına görə dolların 3,2% möhkəmlənməsi neftin qiymətlərinin 6-15% ucuzlaşmasına sövq edəcək.
Fevral ayında tədarük üçün fyuçers müqaviləsinin qiymətlərinin etalon Brent neftinin Londonun İCE birjasında satışlarda 33 dollar səviyyəsindən yüksək olaraq bir barel üçün 33,4 dollardan ibarət olub.
Daha öncə bazar ertəsi Brent markalı neftin fyuçers dəyəri 3,07% azalaraq 32,52 dollardan ibarət olub. 2016-cı ilin əvvəlindən Brent-in qiyməti 12% azalıb.