Moskva Arxitektura Şurası azərbaycanlı iş adamı Telman İsmayılova paytaxtın mərkəzi hissəsində mehmanxana tikməyə icazə verməyib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Jurnalistlər evi” deyilən ərazidə yerləşən boş sahədə tikilməsi nəzərə tutulan otellə bağlı ekspertlər əvvəlcə layihəni şəhər merinə təqdim ediblər.
Bu barədə bu gün şəhərin baş memarı Sergey Kuzneçov məlumat verib.
Lakin Arxitektura Şurasının iclasında bu qərar ləğv edilir və tikilinin tarixi konteksti pozacağı səbəb göstərilib.
Qeyd edək ki, tikintinin planlaşdırıldığı həmin ərazidə əvvəllər dördmərtəbli, 18-ci əsrə aid tikili oub.
Ötən ilin yazında Moskvanın şəhərsalma və torpaq komissiyası AST şirkətlər qrupuna daxil olan “KBF AST” MMC-yə 23,4 min kvadrat metrlik ərazisi olan otel tikməyə icazə vermişdi.
Son qərarı isə Moskva meri verəcək.