Bakının küçələrində bəzən maraqlı hallarla qarşılaşmaq olar – məsələn bu günlərdə şəhərin küçələrində akrobat-motosikletçi peyda olub.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, İnternetdə motosikletçinin Füzuli küçəsi ilə yüksək sürətlə hərəkət zamanı özünəməxsus “qaranquş” hərəkətini göstərməsini əks etdirən video yayılıb.
Bu sirk hərəkətini yerinə yetirən motosikletçi yenidən tam ayağa qalxır və sürəti azaldaraq, qəflətən sağa dönür.
Həmin videonu təqdim edirik.
www.oxu.az