Bu gün Milli Məclisin plenar iclasında “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, mövcud qanuna bank aktivlərinin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməsi ilə bağlı yeni maddənin əlavə olunması təklif edilir.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq qəbul edilib.